nömrə çıxarmaq

to play a prank / to play a mad (fine) trick / to do a queer (odd, funny) thing выкинуть (выкидывать) номер / отколоть (откалывать) номер / выкидывать (строить) фокусы / выкинуть фокус / отмачивать шутку
…nöqtəyi nəzərindən (nəzərə alaraq)
nömrə gələ bilməzsən (aldada bilməzsən)
OBASTAN VİKİ
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə… — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Nömrə-yi Dəvazdə
Nömrə-yi Dəvazdə (fars. نمره دوازده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 12 nömrəli neft quyusuna görə kənd bu adı almışdır. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 10 ailədə 21 nəfəri kişilər və 26 nəfəri qadınlar olmaqla cəmi 47 nəfərdir.
Nömrə-yi Panzdəh
Nömrə-yi Panzdəh (fars. نمره پانزده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 4 ailədə 5 nəfəri kişilər və 7 nəfəri qadınlar olmaqla cəmi 12 nəfərdir.
Nömrə-yi yek
Nömrə-yi yek (fars. نمره يك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 76 nəfəri kişilər və 96 nəfəri qadınlar olmaqla cəmi 172 nəfərdir.
Nömrə 16 (hörümçək)
Nömrə 16 (d. 1974 – ö. 2016) və ya qısaca 16 – Qərbi Avstraliyanın Şimali Bungulla qoruğunda yaşamış, Gaius villosus növünə mənsub dişi hörümçək. 43 il yaşadığı təxmin olunur və bu göstəriciyə görə ən çox yaşamış hörümçək kimi tarixə düşmüşdür. Avstraliya araxnoloqu Barbara York Meyn 1974-cü ilin martında hörümçək fəsilələri üzərində uzun müddət davam edəcək araşdırmasına başlamışdır. O, 10 hörümçəyi işarələmiş və növbəti il yeni hörümçək balaları tapmaq üçün qayıtmışdır. Həmin hörümçəklərdən biri olan Nömrə 16 1974-cü ilin payızında doğulmuşdu. Meyn növbəti 40 il ərzində ərazini ildə bir, bəzən isə bir neçə dəfə olmaqla ziyarət etməyə davam etmişdir. Digər Gaius villosus hörümçəkləri kimi Nömrə 16 bütün həyatını eyni yuvada keçirmiş, yuvasının girişində hördüyü "tələ qapısı" ilə tutduğu həşəratlarla qidalanmışdır. Bir müddətdən sonra ən birinci onun yuvasını yoxlamaq bir adətə çevrilmişdir.
Nömrə-yi do (Həftkel)
Nömrə–yi do (fars. نمره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 49 ailədə 98 nəfəri kişilər və 93 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir. Kəndin əhalisini qaşqaylar təşkil edir, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar. Nömrə-yi do kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Yeddi nömrə (teleserial, 2000)
Yeddi nömrə (türk. Yedi numara) — 2000-2003-cü illərdə yayımlanmış türk komediya serialı.
Sallaqxana nömrə beş (film, 1972)
Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib. Maykl Zaks — Billi Pilqrim Ron Libman — Pol Lazzaro Yucin Roş — Edqar Derbi Şaron Qans — Valensiya Merbl Pilqrim Valeri Perren — Montana Uayldhek Holli Niar — Barbara Pilqrim Perri Kinq — Robert Pilqrim Kevin Konuey — Roland Uiri Fridrix fon Ledebur — Alman başçı Ekkehardt Belle — Gənc alman keşikçi Sorel Buk — Lionel Merble Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.
Azərbaycan Respublikası avtomobil dövlət nömrə nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.